Altı Türkiyə vətəndaşı öldü - Azərbaycan əyalətində

alti-turkiye-vetendasi-oldu
Oxunma sayı: 4368

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətində ağır yol qəzası olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, avtobusun mikroavtobusla toqquşması nəticəsində mikroavtobusda olan 6 Türkiyə vətəndaşı ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə hadisəyə səbəb avtobus sürücüsünün yuxulu olması və idarəetməni itirməsi olub.