Almaniyadan Azərbaycana gələn TIR atəşə tutuldu

almaniyadan-azerbaycana-gelen-tir-atese-tutuldu
Oxunma sayı: 1749

Almaniyadan Azərbaycana gələn TIR Rusiya ərazisində atəşə tutulub.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə “Polşa radiosu” na TIR firmasının sahibi Valdemar Yaşur məlumat verib.

Onun sözlərin görə, silahlılar gecə saatlarında hücuma keçiblər.

Hadisə Rusiyanın Dağıstan Respubilikası ərazisində baş verib. Xoşbəxtlikdən hadisədə xəsarən alan olmayıb.

TIR Azərbaycana cins inəklər gətirirmiş. Güllələr avtomobilin korpusunu deşib. Amma sürücü yara almayıb. O, avtomobili ən yaxın yol polisi postuna qədər çatdıra bilib.

Valdemar Yaşur deyib ki, atəş açanların hansı məqsədlə bunu etdiyi bəlli deyil. Amma istisna edilmir ki, silahlılar avtomobilin daşıdığı yükü, ya özünü ələ keçirmək istəyiblər.

Firma sahibi bidirib ki, bu insidenti törədənlərin məqsədinin Polşa nəqliyyat firmalarının Rusiya ərazisindən yükdaşımalardan çəkindirilmək olduğu da istisna deyil. O, 20 il ərzində ilk dəfədir ki, belə bir hücuma məruz qaldıqlarını bildirib.

Fevralın 1-dən etibarən Polşa yük maşınları Rusiya ərazisinə buraxılmır. Çünki Rusiya Polşa ilə beynəlxalq yükdaşımalar barədə razılaşmanı yeniləməyib. Yanvar ayında Rusiya ərazisinə daxil olmuş Polşa yük maşınları fevralın 15-nə qədər bu ölkənin ərazisini tərk etməlidir.

Hazırda Avropadan Orta Asiyaya daşınan yüklər Azərbaycan ərazisindən keçir.