Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

ali-mekteblere-erize-qebulunun-vaxti-uzadildi
Oxunma sayı: 1034

2016/2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə ərizə qəbulunun müddəti 29 aprel saat 13:00-dək uzadılıb.

"Qafqazinfo" TQDK-ya istinadən xəbər verir ki, hazırda elektron ərizə dolduranların sayı 84290, ərizələrini təsdiq edənlərin sayı isə 81308 nəfərdir.

2982 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb. Onlardan 400 nəfəri ümumtəhsil müəssisələrinin cari il məzunlarıdır və ərizələrini özləri təsdiq etməlidirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar 29 aprel saat 13:00-dək fəaliyyət göstərəcəklər.

Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.