Akademik Bəhram Əsgərovun barelyefinin açılışı olub

akademik-behram-esgerovun-barelyefinin-acilisi-olub
Oxunma sayı: 1300

Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi "Bərk cisimlər fizikası" kafedrasının önündə anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefinin açılışı olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub.

Rektor deyib ki, Bəhram müəllim adını elm və təhsil tarixinə qızıl hərflərlə yazıb və həyatını elmə həsr edib.

Tədbirdə akademik Bəhram Əsgərovun ailə üzvləri, universitet rəhbərliyi, fizika fakültəsinin professor-müəllim heyəti və “Tovuz” xeyriyyə cəmiyyətinin nümayəndələri iştirak ediblır.

Ailə adından çıxış edən akademikin oğlu Firuz Əsgərov universitet rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.