“Ailə Strategiyası hazırdır”

aile-strategiyasi-hazirdir-
Oxunma sayı: 950

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır".

Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin Avropa Parlament Forumu ilə birgə keçirdiyi, ana və uşaq ölümləri mövzusuna həsr olunan dəyirmi masada çıxış edərkən deyib. Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

H.Hüseynova əlavə edib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb:

“Biz bir çox məsələlərdə fikirləşirik ki, kimdənsə nə isə öyrənək. Ancaq bizə çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox gözəl əməkdaşlıq edir. Çünki qanun nə qədər gözəl hazırlansa da, o, işlək olmazsa, bunun heç bir faydası olmayacaq”.

Günel Türksoy