“Ağcabədiyə 100-ə yaxın mərmi atılıb” - İcra başçısı

agcabediye-100-e-yaxin-mermi-atilib
Oxunma sayı: 2053

Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib. Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.