ABŞ səfiri məcburi köçküngilə qonaq getdi - Fotolar

abs-sefiri-mecburi-kockungile-qonaq-getdi
Oxunma sayı: 1800

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün məcburi köçkün olan iş adamı Tofiq Cəbrayılovla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat səfirliyin Facebook hesabında yayımlanıb. Məlumatda qeyd edilir ki, görüş zamanı səfir azərbaycanlı köçkünlə 25-26 fevral 1992-ci ildə Xocalıda baş verən faciəli hadisələrdən söhbət edib.

Cəbrayılov kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaq üçün zəhmətlə çalışdığını bildirib:

"Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq".

Sekuta isə daimi yol axtararaq irəli addımlayan və ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyduğunu qeyd edib.