9 marşrutun hərəkəti dəyişib - Sərnişinlərin diqqətinə

9-marsrutun-hereketi-deyisib-
Oxunma sayı: 2411

Məlum olduğu kimi, ötən həftə Bakıya yağan intensiv yağışlar nəticəsində Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb.

Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bununla əlaqədar olaraq 9 marşrut xəttinin istiqamətini dəyişib. Məsələ ilə bağlı agentliyin yaydığı açıqlamanı təqdim edirik:

“Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib.

Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır”.