65-25 nömrəsindən sizə də mesaj gəlir? - Video

65-25-nomresinden-size-de-mesaj-gelir
Oxunma sayı: 2972

65-25 nömrəsindən tanışlıq məzmunlu mesajlar bir çoxlarının telefonuna gəlir. Bu mesajların mobil operatorlara aidiyyəti olmasa da, müəyyən insanlar operatorlardan qısa mesaj nömrələri satın alaraq anonim tanışlıq xidməti göstərirlər. Həm də iz itirmək üçün tez-tez nömrə dəyişdirirlər. Məsələn, bir müddət əvvəl belə mesajlar 96-00-dan gəlirdisə, indi 65-25 nömrəsindən gəlməyə başlayıb.

Mütəxəssislərə görə, onların bu işdə müxtəlif maraqları ola bilər: balansdan pul oğurlamaq və ya şirnikləşdirici təkliflərlə insanların inamından sui-istifadə etmək. Bununla belə, ailələrin qeyri-sağlam münasibətlər əsasında qurulmasında bu səpkili mesajların böyük rolu var.

Anonim tanışlıq məqsədli mesajlar təsadüfi abunəçilərə göndərildiyindən uşaqlar və yeniyetmələr də bu tora düşə bilərlər.

Qafqazinfo” xəbər verir ki, bunu sübuta yetirmək üçün xezerxeber-in əməkdaşı deyilən nömrəyə zəng edib. Telefonda özünü 27 yaşlı şəxs kimi təqdim edən oğlan 16 yaşlı bir qızla tanış olmaq istəyib və hətta dərhal görüş təklif edib.

Kanalın mövzu haqda videomaterialını təqdim edirik: