6.6 min keçmiş məhkuma müavinət verilib

66-min-kecmis-mehkuma-muavinet-verilib
Oxunma sayı: 1354

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6681 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması da diqqətdə saxlanılıb.

Bu məqsədlə cari ildə Bakının Xətai və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Qeyd edək ki, nazirliyin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri davam etdirilir.