40 nəfər istirahətə göndərildi

40-nefer-istirahete-gonderildi
Oxunma sayı: 1204

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət mərkəzinə yola salınıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bununla da cari ilin yaz-yay mövsümündə nazirliyin xətti ilə əlilliyi olan şəxslərin ölkəmizin səfalı güşələrində istirahətinin təşkili işlərinə yekun vurulub. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı deyib ki, 2016-cı il üçün ümumilikdə 1015 nəfər əliliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulmuşdu. Bununla da həmin vətəndaşların artıq hamısının Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə xüsusi nəqliyyat vasitəsi ilə istirahətə göndərilməsi təmin olunub.