40 faiz artım

40-faiz-artim
Oxunma sayı: 1683

2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 350 olub.

Qafqazinfo”ya daxil olan məlumata görə, bu, 2015-ci ildə dərc olunan məqalələrdən (250) 40 faiz çoxdur.

Bu fərq 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinin nəticəsidir.

Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin demək olar ki, yarısı universitet alimlərinin əqli məhsullarıdır.