4 aydır bağlı olan eskalator açılır

4-aydir-bagli-olan-eskalator-acilir
Oxunma sayı: 1136

Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, stansiyadakı 1 saylı eskalator 15 oktyabr 2015-ci ildə əsaslı təmirə dayandırılıb. Təmir işləri yekunlaşan eskalator fevralın 10-dan istifadəyə veriləcək.