37-nin yolu dəyişdi

37-nin-yolu-deyisdi
Oxunma sayı: 680

16 yanvardan Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, təmirdən əvvəl Nəriman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.