32 yaşlı müəllimə 18 yaşlı oğlanla qaçdı - Bakıda

32-yasli-muellime-18-yasli-oglanla-qacdi
Oxunma sayı: 13902

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.

"Qafqazinfo" News24-a istinadən xəbər verir ki, belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin məzunu 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb.

Məlumata görə, ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.

Gənc oğlana qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməkdaşları tərəfindən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.

Məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha “yox” deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.

Digər mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru da bu işə ilk əvvəldən “yox” deyib. Bu səbəbdən biz birbaşa direktor Məmməd müəllimlə əlaqə saxladıq. Direktor bu məsələni qətiyyətlə pislədiyini və bu işə qarşı çıxdığını bildirdi.

Məmməd müəllim qeyd edib ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haqq-hesabdan heç kimin xəbəri olmayıb. Bu sevgi hekayəsi bəy məktəbi bitirib gedəndən sonra ortaya çıxıb.

Toy Biləcəridəki “Ağ Saray” şadlıq evində baş tutub.