3 yaşlı qız süd qazanına düşərək yanıb

3-yasli-qiz-sud-qazanina-duserek-yanib
Oxunma sayı: 1201

Salyan rayonunda üç yaşlı qız yanıb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
o, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.