23895 hektarı buğda, 11923 hektarı isə arpadır

23895-hektari-bugda-11923-hektari-ise-arpadir
Oxunma sayı: 1064

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqlar Füzuli rayonunda uğurla icra olunur.

Qafqazinfo”ya daxil olan məlumata görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Belə ki, 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35818 ha ərazidə taxıl əkilib ki, bu da 2015–ci ilə nisbətən 4134 ha artıdır. Bunun da 23895 hektarı buğda, 11923 hektarı isə arpadır. Havaların əlverişli keçməsi və əkin sahələrinə normal aqrotexniki qulluq edilməsi bu il taxıl sahələrindən bol məhsul götürüləcəyinə əminlik yaradır.

Rayonda bostan-tərəvəz məhsullarının yetişdirilməsi də xüsusi diqqətdə saxlanılan sahələrdəndir. Belə ki, cari ildə 1194 ha sahədə bostan-tərəvəz (456 ha bostan, 698 ha tərəvəz) bitkisi, 141 ha sahədə isə kartof əkilib. Əhali ilə aparılan təbliğat, maarifləndirmə işlərinin nəticəsində rayon sakinləri həyatyani və pay torpaqlarından səmərəli istifadə edərək özlərinin kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəyirlər. Artıq indidən rayonda məhsul bolluğu yaranıb.

Əhalinin pambıqçılıq və baramaçılığa olan xüsusi marağını, onların məşğulluğunu həmin sahənin hesabına təmin olunmasını nəzərə alaraq 2016-2017-ci təsərrüfat ili üçün elə indidən hazırlıq işlərinə başlanılmış, bu sahənin mütəxəssiləri ilə məsləhətləşmələr aparılıb və nəzərdə tutulub ki, rayonda 1500 ha sahədə pambıq əkilməsinə, 10 tondan artıq barama istehsal olunmasına, 2000 ha sahədə bostan-tərəvəz məhsulları yetişdirilməsinə nail olunsun.