22 min müəllim üçün yaxşı xəbər

22-min-muellim-ucun-yaxsi-xeber
Oxunma sayı: 2111

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il daha 12 şəhər və rayonun orta məktəb müəllimlərinə şamil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin Sosial siyasət komitəsinin iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən komitənin sədri Hadi Rəcəbli dilə gətirib. Onun sözlərinə görə, bununla da diaqnostik qiymətləndirmə prosesindən daha 22 min müəllim yararlanacaq, onların əməkhaqları artırılacaq. "Bunun üçün də növbəti ildə 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Onu da xatırladım ki, dövlət başçısının məlum sərəncamından sonra, yəni 2015-ci il ərzində Bakı şəhərində 32 min müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub, onların maaşları artırılıb. Yəni, bunun üçün 60 milyon manat vəsait ayrılıb".