20 yaşlı qız qazdan zəhərləndi

20-yasli-qiz-qazdan-zeherlendi
Oxunma sayı: 977

Tovuzda qadın dəm qazından zəhərlənib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Düz Cırdaxan kənd sakini 1997-ci il təvəllüdlü Məmmədəliyeva Əfsanə Ramiz qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. 

Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, Ə. Məmmədəliyev yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.