20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb

20-yanvar-faciesi-qurbanlarinin-xatiresi-azmiu-da-anilib-
Oxunma sayı: 701

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda  torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AzMİU-dan “Qafqazinfo”ya verilən məlumata görə, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb.

Sonra tələbələr 20 Yanvar faciəsi haqqında fikirlərini paylaşıblar.

Tədbirdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyublar.