16 partlayış yeri yoxlanılıb

16-partlayis-yeri-yoxlanilib
Oxunma sayı: 647

ANAMA Tərtər, Füzuli və Ucar rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında bü gün üçün hesabat yayıb.

"Qafqazinfo" xəbər verir ki, 2 May 2016-cı il tarixində Agentlik tərəfindən 9 ev, 6 əkin sahəsi və 1 kənd qəbiristanlığı də daxil olmaqla 16 partlayış yeri yoxlanılıb, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb, 21 220 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 2 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 400 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş və 1 303 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Tərtər rayonu

Qarağacı kəndi – 1 ev və həyətyanı sahə və 1 kənd qəbirstanlığında 2 partlayış yerinə baxış keçirilmiş, 11 100 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 3 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 5 partlayış yerinə baxış keçirilmiş, 990 kv. m ərazi təmizlənib.

Cəmi: 5 ev və həyətyanı sahə, 1 kənd qəbrstanlığının həyətinə, 3 əkin sahəsinə baxış keçirilmişdir. Nəticədə 9 partlayış yeri aşkar edilmiş, 15 090 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülmüşdür. Nəticə etibarı ilə 430 kv. m. ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri, 430 kv. m ərazi yoxlanılmış və 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 5 700 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Cəmi: 3 ev və həyətyanı sahə, 4 partlayış yeri aşkar edilmiş, 5 700 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməyib.

Ucar rayonu

Ucar rayonu, Oğuz küçəsi 79 ünvanında – 1 ev və həyətyanı sahəyə baxış keçirilib,

3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülmüşdür.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.