13 yaşlı qız qazdan zəhərləndi

13-yasli-qiz-qazdan-zeherlendi
Oxunma sayı: 1151

Tovuz rayonunda 13 yaşlı qız dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, valideynləri Günay Hüseynovanı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, qızın vəziyyəti artıq stabildir.