120 sakinə “kupça” verildi - Yevlaxda

120-sakine-kupca-verildi
Oxunma sayı: 1418

Sentyabrın 28-də Yevlax rayonunun Xaldan qəsəbəsində “Kütləvi çıxarış” kampaniyası keçirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, kampaniya zamanı 120-yə yaxın vətəndaşa xidmət göstərilib. Qəsəbənin 70-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışlar təqdim olunub. 50-yə yaxın sakinin isə onların əmlakı ilə bağlı ilkin mülkiyyət sənədləri qəbul edilib. Komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib.