10 mindən çox gəncəlidən fləşmob - Video

10-minden-cox-genceliden-flesmob-
Oxunma sayı: 1909

Gəncə -2016 Avropa Gənclər Paytaxtı”nın canlı loqosu yaradılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, fləşmob Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin könüllülərinin iştirakı ilə təşkil olunub.“Gəncə -2016 Avropa Gənclər Paytaxtı”nın canlı loqosu Gəncə şəhərinin Heydər Əliyev adına baş meydanında yaradılıb.

Loqonun yaradılmasını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri izləyib. Fləşmob 10 min 152 gəncin iştirakı ilə keçirilib.

Layihənin rəhbəri Mobil Qarayev bildirib ki, flaşmobun keçirilməsində əsas məqsəd Gəncə gənclərinin bir daha doğma şəhərlərinə olan hörməti, sevgini nümayiş etdirmək və bütün dünyaya göstərməkdir. Gəncə gəncləri bu loqonu yaratmaqla öz həmrəyliyini bir daha nümayiş etdirib.