Meri Tayler Mur vəfat etdi

meri-tayler-mur-vefat-etdi
Oxunma sayı: 2244

Amerikalı aktrisa Meri Tayler Mur 81 yaşında dünyasını dəyişib.

Qafqazinfo”nun “TMZ”ə istinadən verdiyi məlumata görə, bu barədə aktrisanın nümayəndəsi Mara Baksabaum bildirib.

Onun sözlərinə görə, Mur vəfat edərkən yanında həyat yoldaşı və sevdiyi insanlar olub.

Nəşrin məlumatına görə, aktrisa son həftə respiratorun köməyilə nəfəs alırmış.

Onun vəfatının səbəbi haqda məlumat verilmir.

Qeyd edək ki, Meri Tayler “Emmi” və “Qızıl qlobus” mükafatlarının qalibidir.