Zakir Həsənov Türkiyəyə getdi

zakir-hesenov-turkiyeye-getdi
Oxunma sayı: 1761

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün İzmir şəhərinə yola düşüb.

Qafqazinfo” xəbər verir ki, 9 ölkənin qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.