Zahid Oruca töhmət verildi - Spikerə görə

zahid-oruca-tohmet-verildi
Oxunma sayı: 7146

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə azvision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib. O bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

İclasda deputat Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb