Zahid Oruc ABŞ-dakı seçkidən danışdı

zahid-oruc-abs-daki-seckiden-danisdi
Oxunma sayı: 1341

Millət vəkili Zahid Oruc ABŞ-da keçirilən seçkilərin nəticələrini dəyərləndirib.

Qafqazinfo” xəbər verir ki, deputat parlamentdəki çıxışında qeyd edib ki, onun aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxarıb: “Seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı. Bundan əlavə, ABŞ-dakı seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin hansı ki, onların əksəriyyəti Klintonun çevrəsində qərarlaşmışdılar və onların qurduqları korrupsiya sistemi dağılmış oldu. Müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəlməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etdi.

Bütün bunların bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Diktatura rejimini demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə qədər xalq öz reaksiyasını bildirmiş oldu. Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü. Ona görə də hesab edirəm ki, 2009-cu ildə Ermənistan Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu”.

Günel Türksoy