Yunusların məhkəməsi təxirə salındı

yunuslarin-mehkemesi-texire-salindi
Oxunma sayı: 982

Bu gün Ali Məhkəmədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsindəki hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Bildirib ki, səbəb kimi onun iki ay öncə verdiyi vəsatət göstərilib. Vəkil məhkəmədən sənədlərin surətini istəyib, hakim həmin sənədlərin ona təqdim edilməsi üçün prosesi təxirə salıb.

Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.

Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Bu il aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.

Murad Əhməd