Yunuslar Hollandiyadan sığınacaq istədilər

yunuslar-hollandiyadan-siginacaq-istediler
Oxunma sayı: 1881

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasi sığınacaq almaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, ötən ay müalicə almaq üçün Hollandiyaya gedən Yunuslar artıq sığınacaq almaq üçün sənədlərini Hollandiya XİN-ə təqdim ediblər.

Hollandiya XİN-dən bildirilib ki, L.Yunusun sığınacaq müraciətinə bir həftə ərzində cavab veriləcək.

Yunusların qızı Dinara Yunus da 2009-cu ildən Hollandiyadan siyasi sığıanacaq alıb. Yunusla ailəsi hazırda Amsterdamda yaşayır.