Yeni seçilən deputatlar hansı komitədə olacaq? - Siyahı

yeni-secilen-deputatlar-hansi-komitede-olacaq
Oxunma sayı: 4267

Milli Məclisin bugünkü iclasında yeni seçilən deputatların hansı komitələrdə fəaliyyət göstərəcəyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Vüsal Hüseynov və Elşən Musayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Mahir Abbaszadə, Aydın Hüseynov və Tahir Mirkişili İqtisadi siyasət , sənaye və sahibkarlıq komitəsinin, Mirzəcan Xəlilov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Səlimov Eldəniz və Elçin Quliyev Aqrar siyasət komitəsinin, Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin, Kamran Bayramov Regional məsələlər komitəsinin, Pərvin Kərimzadə Elm və təhsil komitəsinin, Ağayeva Ülviyyə və Həmzəyeva Ülviyyə Mədəniyyət komitəsinin, Əflatun Amaşov, Tahir Kərimli, Elman Nəsirov və Hikmət Məmmədov İnsan hüquqları komitəsinin, Nəsib Məhəməliyev və Məmmədov Müslüm, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Rəşad Mahmudov və Kəmaləddin Qafarov Səhiyyə komitəsinin, Dilarə Cəbrayılova və Sona Əliyeva Ailə,qadın və uşaq məsələləri komitəsinin, Naqif Həmzəyev, Şahin İsmayılov və Elşad Həsənov isə Gənclər və idman komitəsinin yeni üzvləri kimi fəaliyyət göstərəcəklər.

Digər komitə üzvlərinin böyük əksəriyyəti isə üzv olduqları komitələrdə yenidən təmsil olunacaqlar.

Günel Türksoy