Yaralıların olduğu xəstəxananı polislər qoruyur - Fotolar

yaralilarin-oldugu-xestexanani-polisler-qoruyur
Oxunma sayı: 7255

Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda baş verən atışma nəticəsində yaralanan şəxslər xüsusi qorumanın nəzarətindədir.

“Qafqazinfo”nun əməkdaşları yaralıların saxlandığı Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına baş çəkib.

Xəstəxananın girişi hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları tərəfindən mühafizə olunur. Xəstəxanada müalicə olunan digər şəxslərin yaxınları isə xüsusi yoxlamadan keçirildən sonra içəri buraxılır. Xəstə yanına gələnlərin çantaları, yemək gətirdikləri “kulok”lar xüsusi yoxlanılır, adamlar içəri bir-bir buraxılır.

Xəstəxananın ətrafında da təhülkəsizliyi qorumaq üçün Post Patrul Xidmətinin əməkdaşları növbə çəkir.

Hazırda xəstəxanada neçə yaralının olduğu açıqlanmır.

Murad Əhməd
Foto: Nuran Məmmədov