Xorvatiya prezidenti Azərbaycandadır

xorvatiya-prezidenti-azerbaycandadir
Oxunma sayı: 3535

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidentini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıb.