XİN rəhbəri Münhendə həmsədrlərlə görüşdü

xin-rehberi-munhende-hemsedrlerle-gorusdu
Oxunma sayı: 800

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoqland (Amerika Birləşmiş Ştatları), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.