XİN bəyanat verdi

xin-beyanat-verdi
Oxunma sayı: 657

Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də "yerli özünü idarəetmə orqanlarına" "seçkilər" keçirmək nəzərdə tutulub. Azərbaycanın Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur.

XİN-in bəyanatında deyilir ki, "Qondarma "seçkilər" Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir".

Bəyanatda qeyd olunub ki, Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır.