Xələf Xələfov polşalı həmkarı ilə görüşüb

xelef-xelefov-polsali-hemkari-ile-gorusub
Oxunma sayı: 637

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşa Respublikasının Xarici İşlər Nazirliyinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrinin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə nəzər saldı, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib.

Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.