“Xədicə İsmayılın yazışmalarına nəzarət edilir”- - Vəkil

xedice-ismayilin-yazismalarina-nezaret-edilir-
Oxunma sayı: 1041


“Qafqazinfo” xəbər verir ki, bunu AzadlıqRadiosuna vəkil Yalçın İmanovd eyib. Vəkil Xədicə İsmayılla dekabrın 24-də görüşüb:

“Xədicə İsmayıl özünü çox yaxşı hiss edir. Gümrahdır, hər kəsə salamları var. Onun mediada dərc olunan yazılarından sonra yazışmalarına xüsusi nəzarət edilir, yazıları yoxlanılır. Vəkillərlə görüşü nəzarət altında keçirilir”.

X.İsmayıl dekabrın 5-də həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünüöldürmə həddinə çatdırmaqda ittiham olunur. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa/Azadlıq Radioları korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan məmurlarının qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib.