Xanım deputatdan erməniyə cavab

xanim-deputatdan-ermeniye-cavab
Oxunma sayı: 1833

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab verib.

Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyətinin Dağlıq Qarabağ Resbublikası deməsinə hiddətlənib:

“Mən əslində başqa bir çıxış edəcəkdim, amma Ermənistan nümayəndə heyəti bir neçə dəfə burada Dağlıq Qarabağ Respublikası dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir yer yoxdur. Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 1 milyon insanın 25 ilə yaxındır ki haqlarını tapdalamaqda davam edir. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyirlər göstərməyə çağırırıq”.