Vitaliy Çurkin iş başında öldü - 65 yaşına bir gün qalmış

vitaliy-curkin-is-basinda-oldu
Oxunma sayı: 4790

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin dünyasını dəyişib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, o, 64 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

Qeyd olunur ki, V. Çurkinin fevralın 21-də 65 yaşı tamam olacaqmış.

V. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlayıb. 1992-ci ildə xarici işlər nazirinin müavini işləyib.

O, 1994-1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Kanadada səfir, 2006-cı ildən isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərib. 

***

Vitaliy Çurkin infarkt nəticəsində vəfat edib. Bu barədə “The New York Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, diplomat Rusiya vaxtı ilə təxminən saat 17:30-da səfirlikdə iş başında olarkən ölüb.