Vilayət Eyvazov Nardaranda - Qayda-qanun yaradıldı

vilayet-eyvazov-nardaranda-
Oxunma sayı: 11596

Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.

Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.

Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Qəsəbə sakini Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, qəsəbəyə gəlmiş daxili işlər nazirinin müavini Vilayət Eyvazov sakinlərlə söhbət edib.

V. Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

Məlumata görə, keçirilmiş əməliyyat nəticəsində saxlanılanlar var.