Venesuela prezidenti Bakıda

venesuela-prezidenti-bakida
Oxunma sayı: 3007

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana rəsmi səfərə gəlib.

Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.