Vasif Talıbov üç nəfəri təltif etdi

vasif-talibov-uc-neferi-teltif-etdi
Oxunma sayı: 2184

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, sərəncamla üç nəfər təltif edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə, Əfəndiyev Zərrab Nizaməddin oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə, Hacıyev Rasim Bəyalı oğlu və Hüseynov Ədalət İsmayıl oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.