Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək

vasif-talibov-sabah-azerbaycanin-vitse-prezidenti-elan-edilecek
Oxunma sayı: 20094

Xəbər verdiyimiz kimi, sabah Naxçıvan Ali Məclisinin iclasının çağırılması haqda qurumun sədri Vasif Talıbov qərar imzalayıb.

Qafqazinfo” xəbər verir ki, iclasda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, NMR-in Konstitusiyasında dəyişikliklər edilməsi müzakirə olunacaq. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Virtualaz.org isə bildirir ki, sabahkı iclas Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır.

Sayt daha sonra qeyd edir ki, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib.