Vasif Talıbov naziri təltif etdi

vasif-talibov-naziri-teltif-etdi
Oxunma sayı: 2923

Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər naziri “Əməkdar dövlət qulluqçusu” fəxri adını alıb.

QafqazinfoReport-a istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncamda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikada dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hafiz Səyavuş oğlu Yaqubova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.