“Vahid Qərar Şurası” ictimai müzakirəyə çıxarıldı

vahid-qerar-surasi-ictimai-muzakireye-cixarildi
Oxunma sayı: 796

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklif etdiyi “Vahid Qərar Şurası”nın (VQŞ) ictimai müzakirəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə ictimai-siyasi partiyaların, təşkilatların təmsilçiləri, ictimai fəallar, müstəqil ekspertlər, ziyalılar iştirak ediblər. Öncə vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözüylə açan AXCP sədri Razi Nurullayev cəbhədə ağır döyüşlərin getdiyi bir vaxtda xalqın hakimiyyətə, eləcə də hakimiyyətin xalqa tam güvənməsinin, inanmasın vacibliyini bildirib. Partiya sədri məhz bildirib ki, hazırkı məqamda siyasi baxışından aslı olmayaraq bütün siyasi-ictimai təşkilatlar, partiylar hakimiyyətə dəstək verməlidir. Razi Nurullayev qeyd edib ki, məhz bu qarşılıqlı münasibətin, birliyin, inamın yaranması, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Vahid Qərar Şurası” yaradılması zərurətdir.

Digər çıxış edənlər də təklifi müsbət qarşıladıqlarını bildirib, eyni zamanda öz təkliflərini də irəli sürüblər.
Tədbirin sonunda ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan dövlətinin milli naraqlarının ifadəsi məqsədiylə hökumətə təqdim edilməsi nəzərdə tutulan “Vahid Qərar Şurası” təklifinin ölkədəki bütün ictimai-siyasi partiyalar, təşkilatlar, müstəqil ekspertlər, ziyalılar tərəfindən geniş müzakirə edilməsinə və birgə işçi qrupunun yaradılmasına qərar verilib. O da bildirilib ki, ölkə başçısının, hökumətin də bu şurada iştirakı zərurətdir və məhz buna görə də “Vahid Qərar Şurası” təklifinin yaradılacaq işsi qrupu tərəfindən prezidentə göndəriləcəyinə də qərar verilib.