“Üzr istəyirəm, kaş Türkiyəyə daha öncə gələ bilsəydim” - Bayden

uzr-isteyirem-kas-turkiyeye-daha-once-gele-bilseydim
Oxunma sayı: 4472

“Amerika xalqı Türkiyənin yanındadır. Prezident Barak Obama ilk zəng edənlərdən olub. Üzr istəyirəm, kaş ki, daha öncə bura gələ bilsəydim”.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə səfərdə olan ABŞ-ın vitse- prezidenti Co Bayden bildirib.

“Bu çevriliş cəhdi sadəcə Türkiyə hökumətinə deyil, Türk xalqına qarşı törədilmiş hücum idi və bu, ölkədəki ən önəmli dəyərlərə qarşı şiddətdolu xəyanət idi. 15 iyul gecəsi xalq demokratiya uğrunda ən böyük fədakarlığı göstərdi. Türkiyənin qarşı-qarşıya qaldığı bu çevriliş cəhdinə lazımi reaksiyanı göstərmədiyimiz üçün özüm şəxsən bura gəldim”, Bayden söyləyib.