Üzr istənilməli bir kəs varsa, o da bizik - türklər…

uzr-istenilmeli-bir-kes-varsa-o-da-bizik-turkler
Oxunma sayı: 4237

Ötən gün Türkiyə tərəfindən Rusiyaya məxsus”Su-24” hərbi təyyarənin vurulması hadisəsi dünya gündəminin əsas müzakirə mövzusudur.

“Qafqazinfo” xəbər verir ki, məsələyə Ümid Partiyasının sədri İqbal Ağazadə münasibət bildirib. İ.Ağazadənin açıqlamasını təqdim edirik:

“Hər zaman səninləyik, doğma Türkiyəmiz... Türkiyə təkcə o coğrafiyada yaşayanların vətəni deyil, harda türk əsilli kimsə varsa Türkiyəni də özünün vətəni bilir. Eynən, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Doğu Türküstan, Güney Azərbaycan, Kərkük, Tatarıstan, Krım, Qaqauziya kimi...

Bəlkə bu birlik bu gün duyulmur, hiss edilmir. Amma ürəklərdəki türk sevdası, türkçülük sevdası bitməz, tükənməz... Üzr istənilməli bir kəs varsa o da bizik-türklər.... Qarabağdakı, Güney Azərbaycandakı, Kərkükdəki, Doğu Türküstandakı yeyilən haqlarımıza və pozulan hüquqlarımıza görə...
Yaşa, yaşa ey ŞANLI VƏTƏN...”