Ülvi Quliyev atasını itirdi

ulvi-quliyev-atasini-itirdi
Oxunma sayı: 8128

Milli Məclisin deputatı Ülvi Quliyevə ağır itki üz verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkilinin atası Zahid Quliyev bu dəqiqələrdə dünyasını dəyişib.

Bir neçə gün əvvəl Neftçilər Xəstəxanasına yerləşdirilən mərhum elə həmin xəstəxanada vəfat edib. 79 yaşlı Zahid Quliyevin səhhəti bir neçə gün əvvəl qəfil pisləşmişdi.

Allah rəhmət eləsin!