Türkmənistan səfirinin Bakıdakı vaxtı bitdi

turkmenistan-sefirinin-bakidaki-vaxti-bitdi
Oxunma sayı: 642

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Toylı Komekovu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfir T.Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E.Məmmədyarov səfir T.Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.