Türkiyədə konstitusiya dəyişikliyi qəbul edilib

turkiyede-konstitusiya-deyisikliyi-qebul-edilib
Oxunma sayı: 1184

Türkiyə Böyük Millət Məclisi (TBMM) prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.

Qafqazinfo” xəbər verir ki,  bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. İclasda 488 deputat iştirak edib. Düzəlişlərin lehinə 339 səs, əleyhinə 142 səs verilib. 5 səs boş çıxıb, 2 səs isə etibarsız sayılıb.

AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.

Daha sonra Baş Nazir Binalı Yıldırım təşəkkür nitqi söyləyib.